İşçi qruplarının iclaslarında aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
– Fizika fənnindən 4 iyun 2022-сi ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;
– Ədəbiyyat (rus bölməsi) fənnindən 21 may 2022-сi ildə III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının;
– Rus dili (əsas xarici dil) fənnindən isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə 5 mart 2022-ci ildə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Hər bir tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumlarının təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Fizika və ədəbiyyat (rus bölməsi) fənlərindən abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.