Gündəlik məsələlər fizika fənnindən 12 fevral 2023-сü il tarixində sınaq imtahanında istifadə olunmuş test tapşırıqlarının, rus dili (tədris dili) fənnindən 6 iyul 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (xarici dil) fənnindən isə 16 aprel 2022-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Rus dili (tədris dili) və rus dili (xarici dil) fənləri üzrə imtahanlarda istifadə edilmiş test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.
Rus dili (tədris dili) fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.