Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formatda keçirilib.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, riyaziyyat fənni üzrə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblər ilə bağlı təqdimatla çıxış ediblər.
Rus dili fənni üzrə hazırlıq kursunda isə moderator Viktoriya Ələkbərova kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.