17 fevral tarixində DİM-də Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan CompTIA şirkətinin “CompTIA A+” sertifikat imtahanının 1-ci hissəsi və Cisco Systems, Inc şirkətinin “Cisco Certified Network Associate” adlı sertifikat imtahanı keçirilib.
Hər bir sertifikat imtahanında bir nəfər olmaqla ümumilikdə iki nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bununla yanaşı, bu həftə ərzində 7 xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib.
Qeyd edək ki, ADA Universitetində təhsil almaq üçün ingilis dilinin müvafiq səviyyəsini təsdiq edən IELTS və TOEFL imtahan nəticələri ilə yanaşı, həmçinin, PTE-Academic sertifikatı (minimum bal – 50) da qəbul olunur.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların saatları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İmtahanın adı |
Gün* |
Saat |
“Pearson Test of English Academic” |
Hər həftənin çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri |
Səhər növbəsi: 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00 |
IT, maliyyə, mühasibat, menecment, tibb və s. sahələr üzrə 100-ə yaxın imtahan |
Hər həftənin bazar ertəsi |
Günorta növbəsi: 12:00–18:00 |
* qeyri-iş günləri imtahanlar keçirilmir.
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.