Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Proqramın hazırlanması və təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov buraxılış və qəbul proqramlarını seminar iştirakçılarının müzakirəsinə təqdim edib. Proqramların hər bir bəndi dərsliklərlə yoxlanılıb.
Seminar iştirakçıları proqramlarla bağlı fikirlər bildirib və təkliflər veriblər.
Müzakirələr nəticəsində təkliflər nəzərə alınmaqla proqramlar təsdiq edilib. Ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışında, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul proqramları “Abituriyent” jurnalının 1-ci sayında dərc olunacaq.
Növbəti seminarda 3 mart 2019-cu il tarixində keçirilmiş ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə olunmuş bir variant üzrə tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.
Növbəti seminar 25 oktyabr 2019-cu il tarixdə, saat 12:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) keçiriləcək.