Gündəlik məsələlər biologiya fənnindən qəbul imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçanın; tarix fənnindən isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlarına dair hazırlanmış metodik tövsiyənin müzakirəsi olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.