Gündəlik məsələlər respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 10-cu sinif “Biologiya” və 9-cu sinif “Ümumi tarix” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının təkmilləşdirilməsi olub. Dərsliklərdə bölmələrin hər biri mövzu baxımından təhlil edilib. Dərsliklərdəki dəyişikliklər kitabçalarda nəzərə alınıb.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikir bildirib və təkliflər veriblər.
İşçi qruplarının üzvləri xalqımızı Ramazan bayramı münasibətilə təbrik edir. Hamıya cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.