Gündəlik məsələlər coğrafiya fənnindən ali təhsil müəssisələrinə 22 may 2022-сi il tarixində II ixtisas qrupu üzrə, riyaziyyat fənnindən isə 4 iyun 2022-ci il tarixində I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Hər iki fənn üzrə iclaslarda tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib. İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.Test tapşırıqlarının müzakirələri başa çatıb.
Müzakirələrdə tapşırıqların:
– müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramlarına uyğunluğu;
– abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verməsi bir daha təsdiq olunub.
Bir neçə tapşırıqda yalnız redaktə xarakterli düzəlişlər edilib. Bu düzəlişlər test bankının təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.
İmtahanın statistik nəticələrinə əsasən imtahanlarda zəif cavablandırılan tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Növbəti həftə müzakirələr davam etdiriləcək.