• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil edilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      25.09.2026 15:58

      25 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

      Tədbirdən öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

      Daha sonra anım gününə həsr olunan videoçarx nümayiş etdirilib.

      Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr xalqın və dövlətin sarsılmaz birliyi, milli həmrəylik və Vətən sevgisinin qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd edib. Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğunu bildirib. M.Abbaszadə çıxışında şəhidlərin qəhrəmanlığının yalnız tarixi hadisə kimi deyil, hər birimizin mənəvi məsuliyyəti kimi dərk edilməsinin vacibliyini vurğulayıb.

      O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi şəhid ailələri və övladlarına, həmçinin qazilərə dəstəyi fəaliyyətinin ayrılmaz hissəsi hesab edir. Bu məqsədlə mütəmadi olaraq şəhid övladlarının təhsilinə kömək göstərilir, o cümlədən buraxılış və qəbul imtahanlarına hazırlaşmaq üçün onlara test topluları, qiymətləndirmə tapşırıqları və digər dərs vəsaitləri təqdim olunur. Həmçinin 6–10 yaşlı şəhid övladlarına yaş və maraqlarına uyğun kitablar və müxtəlif vəsaitlər hədiyyə edilir. Bu təşəbbüslər çərçivəsində indiyədək regionlarda 518, Bakıda isə 128 şəhid övladına müxtəlif vəsaitlər çatdırılıb.

      Sədr həmçinin qazilərimizin təhsilalma imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

      Daha sonra çıxış edən tarixçi-alim Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, onların göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın həyat və mübarizə yolunun tariximizin şərəfli səhifələrindən biri olduğunu qeyd edib. M.Abdullayev şəhidlərin xatirəsinin daim yaşadılmasının, onların irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu bildirib.

      Vətən müharibəsi iştirakçısı Elvin Vəliyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət və fədakarlıqdan danışıb. O, şəhidlərin müqəddəs xatirəsinin daim ehtiramla yad edilməsinin, onların keçdiyi döyüş yolunun və qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

      DİM-in əməkdaşı, “Abituriyent” jurnalının baş redaktoru, Vətən müharibəsi iştirakçısı Məhərrəm Bədəlov çıxışında Anım Gününün şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib. O, Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan xalqının birlik, həmrəylik və qəhrəmanlığı sayəsində mümkün olduğunu qeyd edərək, şəhidlərin həyat və döyüş yolunun hər birimiz üçün örnək olduğunu vurğulayıb.

      Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşları sentyabrın 27-də şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını ziyarət edəcək.

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram