Gündəlik məsələ 12 fevral 2023-сü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş sınaq imtahanında IV ixisas qrupu üzrə kimya fənnindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Hər bir tapşırıq mövzulara uyğunluq, qabiliyyət göstəricisi və çətinlik dərəcəsi baxımından müzakirə edilib.
Müzakirə nəticəsində tapşırıqların müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu öz təsdiqini tapıb. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Bəzi tapşırıqlara redaktə xarakterli düzəlişlər təklif edilib. Həmin düzəlişlər test bankında nəzərə alınacaq.
İşçi qrupunun növbəti iclası 7 mart 2023-cü ildə keçiriləcək.