Gündəlik məsələlər biologiya fənnindən IV ixtisas qrupu üzrə 21 iyul 2022-ci il tarixində, tarix fənnindən isə II ixtisas qrupu üzrə 22 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Hər iki fənn üzrə tapşırıqların müzakirəsi başa çatıb. Müvafiq fənlər üzrə işçi qruplarının rəylərinə görə tapşırıqlar müvafiq fənn kurikulumlarının təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramlarına tam uyğundur. Tapşırıqlarda elmi-metodiki səhvlər yoxdur. Tapşırıqlar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarının obyektiv yoxlanılması və qiymətləndirilməsi mümkün olub.
Müzakirələr nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
Müzakirələr nəticəsində bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.
5 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.