Coğrafiya fənnindən gündəlik məsələ qəbul imtahanı üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq xidməti istifadə üçün tövsiyənin müzakirəsi olub.
Riyaziyyat fənni üzrə isə gündəlik məsələ 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.