Gündəlik məsələ hər iki fənndən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə www.otk.az portalı üçün hazırlanmış yeni sınaq variantının müzakirəsi olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış buraxılış proqramlarına uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İşçi qruplarının növbəti iclası 13 fevral 2023-cü il tarixində keçiriləcək.