Gündəlik məsələ kimya fənnindən qəbul imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçanın müzakirəsi olub.
Öncə 6 fevral 2023-cü ildə Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda iştirakçılar tərəfindən gündəlik məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qrupunun növbəti iclası 14 fevral 2023-cü ildə keçiriləcək.