Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 5 nəfər iştirak edib və keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanın keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.
Kompüter əsaslı GRE: Ümumi Test imtahanının rəsmi nəticələri imtahan günündən təxminən 10-15 gün sonra imtahan verənlərin ETS-in internet səhifəsindəki şəxsi hesabında açıqlanır.
Qeyd edək ki, növbəti GRE: Ümumi Test imtahanının 5 sentyabr 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/gre/