Dövlət İmtahan Mərkəzində 18 may 2026-cı il tarixində Azərbaycan dili və informatika fənləri üzrə hazırlıq kursları keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər həm Bakı şəhəri, həm də regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə məşğələlərdə onlayn formatda iştirak ediblər.
Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, informatika fənni üzrə isə Fikrət İbiyev kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər. Müzakirə zamanı iştirakçılara ev tapşırıqları ilə bağlı təkliflər verilib, fikirlər söylənilib və iştirakçıların sualları cavablandırılıb.
Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.