İmtahan 13 dekabr 2025-ci il tarixində DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
“B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı isə ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. İmtahanda 9 nəfər iştirak edib.Bu imtahan da 4 bölmədən ibarətdir:
- Oxu (Reading) - 45 dəqiqə;
- Yazı (Writing) – 45 dəqiqə;
- Dinləmə (Listening) - 35 dəqiqə;
- Danışıq (Speaking) – 14 dəqiqə.
Imtahanda oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
DİQQƏT: İştirakçılara "İmtahana buraxılış vərəqəsi" (Confirmation of Entry) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən göndərilir.