Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hər iki fənn üzrə hazırlıq kursunda DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi və iş planı haqqında kurs iştirakçılarına məlumat verib.
Moderatorlar – informatika fənni üzrə Fikrət İbiyev, Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının ikinci məşğələsi növbəti həftə keçiriləcəkdir.