İngilis dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova 6-cı sinif “English” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilən sınaq imtahanında istifadə olunmuş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılmışdır.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə IV ixtisas qrupu üzrə keçirilən sınaq imtahanında istifadə olunmuş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılmışdır.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbli 6-cı sinif “Fizika” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Rus dili (rus bölməsi) fənnindən keçirilən elmi-metodiki seminarda Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin müəllimi Rəna İsayeva 6-cı sinif “Русский язык” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda seminarın rəhbəri Turan Məmmədxanlı 10 və 11-ci sinif “Biologiya” dərsliklərinin məzmunu haqqında təqdimatla çıxış edib.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticəsinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarlarda sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Dərsliklərin müzakirəsi nəticəsində oradakı mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.