Fizika fənnindən keçirilən elmi-metodiki seminarda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Vahid Tanrıverdiyev 11-ci sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Rus dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi Drepina Natalya 10 və 11-ci sinif “Русский язык” dərsliklərinin məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, biologiya elmlər namizədi Fuad Ağayev 11-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin müəllimi, tariz üzrə fəlsəfə doktoru Şəhla Nağıyeva 9 və 11-ci sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatla çıxış edib.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda BDU-nun dosenti, pedaqoji elmlər namizədi Nərminə Seyfullayeva ümumtəhsil məktəbləri üzrə coğrafiya kursunun məzmununda unifikasiya edilmiş (vahid sistemə salınmış) məlumatlar barədə təqdimatla çıxış edib.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda H.Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri Vüqar Sərdarov və Nizami Kərimli 10 və 11-ci sinif “Riyaziyyat” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Beləliklə, respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan 5-11-ci sinif dərsliklərinin monitorinqi başa çatdı. Dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanacaq və tövsiyələr imtahanların məzmunu ilə bağlı materialların hazırlanmasıda nəzərə alınacaq.