Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Gündəlik məsələlər müvafiq fənlər üzrə buraxılış və qəbul proqramlarının layihələrinin müzakirəsi və imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. Seminar iştirakçıları gündəlik məsələlər barədə fikir bildirib, təkliflər veriblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.