Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi olub. Moderatorlar kurs iştirakçılarının təqdimatları barədə öz fikir və təkliflərini bildiriblər. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb.
Kimya, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən isə kalibrləmə prosesi keçirilib.
Növbəti dərslərdə müzakirələr davam etdiriləcək.