Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 7-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda Avropa Azərbaycan Məktəbinin müəllimi Tahir Ağayev, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Həsənquliyeva, 245 nömrəli tam orta məktəbin müəllimi Hüseyn İbrahimov, 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev və 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı 8 və 10-cu sinif “Ümumi tarix” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda Laçın rayonu Ağaoğlan kənd tam orta məktəbin müəllimi Valeh İsmayılov “Coğrafiya” dərslikləri üzrə “Yer Günəş sistemində” bölməsinin məzmununa aid təqdimatla çıxış edib.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda 5-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.