Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Biologiya fənni üzrə keçirilən elmi-metodiki seminarda 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 7-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Tarix fənni üzrə keçirilən seminarda Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev 9 və 11-ci sinif “Ümumi tarix” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış edib.
Coğrafiya fənnindən keçirilən seminarda AMEA-nın elmi işçisi Elvin Soltanov “Coğrafiya” dərslikləri üzrə “Kartoqrafik təsvir vasitələri” bölməsinin məzmununa aid təqdimatla çıxış edib.
Riyaziyyat fənni üzrə keçirilən seminarda 6-cı sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.