Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
İngilis dili fənni üzrə keçirilən elmi-metodiki seminarda Xəzər Universitetinin müəllimi Ceyhun Kərimov və Bakı Avropa liseyinin müəllimi İradə Səmədova 8 və 9-cu sinif “English” dərsliklərinin məzmunu haqqında, ADA-nın İngilis dili proqramı üzrə meneceri Könül Heydərova isə “Listen to undestand” adlı təqdimatlarla çıxış ediblər.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda Səlminaz Hüseynova, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin müəllimi Afət Xəlilova və BDU-nun müəllimi Təranə İsmayılova 9-11-ci sinif “Azərbaycan dili” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda AMEA-nın əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Səidə Hüseynova 10-cu sinif, AMEA-nın aparıcı elmi işçisi Telman Güləliyev isə 11-ci sinif “Kimya” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda AMEA-nın əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Vahid Tanrıverdiyev 9-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Ədəbiyyat (rus bölməsi) fənnindən keçirilən elmi-metodiki seminarda Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 10-cu sinif “Литература” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda H.Əliyev adına MTK-nın müəllimi, biologiya elmləri namizədi Fuad Ağayev 8-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Faiq Babayev 9 və 11-ci sinif “Ümumi tarix” dərsliklərinin məzmununun müqayisəli təhlili, dərsliklərin rus dilinə tərcüməsindəki uyğunsuzluqlar haqqında təqdimatlarla çıxış ediblər.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova “Coğrafiya” dərslikləri üzrə “Litosfer” bölməsinin məzmununa aid təqdimatla çıxış edib.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda 7-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Əlican Namazov təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.