Dərslərdə hazırlıq kurslarının müdavimləri tərəfindən hazırlanmış referatlar müzakirə edilib.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda Bakı ModernTəhsil Kompleksinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbli 10-cu sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Ədəbiyyat (rus bölməsi) fənnindən keçirilən elmi-metodiki seminarda Elitar Gimnaziyanın müəllimi Olqa Yevtuşenko 6-cı sinif və Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 10-cu sinif “Литература” dərsliklərinin məzmunu haqqında təqdimatla çıxış ediblər.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda Bakı Avropa liseyinin müəllimi Kəmalə Ələsgərova və Bakı şəhər 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 8-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış ediblər.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı və 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 6 və 10-cu sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda BDU-nun əməkdaşı Anar Mustafazadə “Coğrafiya” dərslikləri üzrə “Atmosfer” bölməsinin məzmununa aid təqdimatla çıxış edib.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda 7-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Əlican Namazov təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.