Dərslərdə hazırlıq kurslarının müdavimləri tərəfindən hazırlanmış referatlar müzakirə edilib.
İngilis dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova 11-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulov 7-ci sinif və Kaspi liseyinin müəllimi Zəfər Fərhadov 8-ci sinif “Ədəbiyyat” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda kimya üzrə fəlsəfə doktoru Xəlil Nağıyev 8-ci sinif “Kimya” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının məzmunu haqqında təqdimatla çıxış edib.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov 11-ci sinif “Fizika” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Ədəbiyyat (rus bölməsi) fənnindən keçirilən elmi-metodiki seminarda Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 11-ci sinif “Литература”dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda Texniki Humanitar Liseyin müəllimi Afət Qəhrəmanova və 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva 9-cu sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı, Laçın rayonu Zabux kənd tam orta məktəbin müəllimi Rəna İsmayılova, Laçın rayonu 7 nömrəli tam orta məktəbin müəllimi Malik Vəliyev və Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 8 və 10-cu sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.
Coğrafiya fənnindən keçirilən elmi-metodiki seminarda Ağdam rayonu 149 nömrəli köçkün tam orta məktəbinin müəllimi Vüsalə Quliyeva 6-11-ci siniflərin “Coğrafiya” dərslikləri üzrə “Hidrosfer” bölməsinin məzmununa aid təqdimatla çıxış edib.
Riyaziyyat fənnindən keçirilən elmi-metodiki seminarda 8-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında BDU-nun əməkdaşı Elmin Ağayev təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Seminarlarda həmçinin sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.