Dərslərdə hazırlıq kurslarının müdavimləri kalibrləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına (marker kimi) cəlb ediləcəklər.
İngilis dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 250 nömrəli tam orta məktəbin müəllimi Almaz Tağıyeva 5-ci və 6-cı sinif “English” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda Bakı şəhəri 201 nömrəli tam orta məktəbin müəllimi Afət Xəlilova 9-cu sinif və Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulov 11-ci sinif “Ədəbiyyat” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə I ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılmışdır.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılmışdır.
Rus dili (rus bölməsi) fənnindən keçirilən elmi-metodiki seminarda Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 5-ci sinif “Русский язык” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənnindən keçirilən elmi-metodiki seminarda 10 fevral 2019-cu il tarixdə keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılmışdır.
Tarix fənnindən keçirilən elmi-metodiki seminarda tarix üzrə fəlsəfə doktoru Şəhla Nağıyava və Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 9 və 11-ci sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Seminarlarda həmçinin sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.
Seminar və kurs iştirakçıları qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, can sağlığı və uğurlar arzulayırlar.