Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə hazırlıq kurslarında 3-cü məşğələnin mövzusu “Tapşırıqların hazırlanması" olub.
Kimya fənni üzrə 3-cü məşğələ situasiya tapşırıqlarının hazırlanması və onların formaları, fizika, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə 4-cü məşğələnin mövzusu isə müvafiq fənn üzrə tapşırıqların qiymətləndirmə meyarları haqqında olub.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti həftə məşğələlər davam etdiriləcək.