İmtahan 31 yanvar 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 10 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8-10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 20 fevral 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre