Moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
İngilis dili fənnindən keçirilən elmi-metodiki seminarda 299 nömrəli məktəb-liseyin müəllimi İlhamə İsmayılova 7-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodiki seminarda Qubadlı rayonu, Fərcan kənd tam orta məktəbin müəllimi Ədalət Əsədov 5-ci sinif “Azərbaycan dili”, Bakı şəhəri 20 nömrəli tam orta məktəbin müəllimi Aytəkin Xəlilova isə 6-cı sinif “Azərbaycan dili” dərsliklərinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Kimya fənnindən keçirilən elmi-metodiki seminarda kimya üzrə fəlsəfə doktoru Elşad Abdullayev 8-ci sinif “Kimya” dərsliyinin məzmununa aid təqdimatla çıxış edib.
Fizika fənnindən keçirilən elmi-metodiki seminarda 8-ci sinif “Fizika” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı təqdimatla çıxış edib.
Rus dili fənni üzrə elmi elmi-metodiki seminarda isə 7-ci sinif “Ədəbiyyat (rus bölməsi)” dərsliyinin məzmunu haqqında Bakı şəhəri “Elitar” Gimnaziyanın müəllimi Olqa Yevtuşenko təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.