2023-cü il İyun ayının 15-də Dövlət İmtahan Mərkəzində məktəblilər üçün Kembricin kompüter əsaslı “B1 Preliminary for Schools” və “A2 Key for Schools” imtahanları keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
Hər iki imtahanın oxu, yazı və dinləmə blokları kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilib. İmtahanda ümumilikdə 8 nəfər iştirak edib. İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Növbəti Kembric imtahanlarının tarixləri haqqında məlumat əldə etmək və qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/cambridxge-in-ngilis-dili-zr-kvalifikasiyalar/