Dövlət İmtahan Mərkəzinin Maliyyə departamentində məsləhətçi, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə baş məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.
Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 3 mart 2025-ci il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.