Dövlət İmtahan Mərkəzinin İnsan resurslarının idarə edilməsi şöbəsində baş məsləhətçi, Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsində böyük məsləhətçi – satınalmaların təşkili üzrə, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə baş mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edilib.
Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər. İddiaçılar baş mütəxəssis və baş məsləhətçi vəzifələri üzrə 15 mart 2025-ci il tarixinədək, böyük məsləhətçi (satınalmaların təşkili üzrə) vəzifəsi üzrə isə 13 mart 2025-ci il tarixinədək müraciət edə bilərlər.