İmtahan 2024-cü il mayın 4-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İmtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 94 nəfər iştirak edib.
Növbəti imtahanın 2024-cü il iyunun 1-də keçirilməsi nəzərdə tutulur.
Faydalı keçidlər:
- Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/news/10247/?sphrase_id=1322774
- Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az