SAT imtahanı 2022-ci il dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”.
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.