İmtahan 20 iyul 2024-ci il tarixində DİM-in Süleyman Sani Axundov, 108 ünvanında yerləşən inzibati binasında həyata keçirilib. İmtahanda 1 əcnəbi olmaqla 67 nəfər iştirak edib.
Bu kvalifikasiyalar xüsusi olaraq azyaşlılar üçün onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə hazırlanmışdır. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir. 20 iyul tarixində azyaşlılar üçün hazırlanmış hər üç imtahan üzrə (PreA1 Starters, A1 Movers və A2 Flyers) imtahan keçirilib.
Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Assessment (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir.
“Cambridge” imtahanları barədə ətraflı məlumatı keçid vasitəsilə https://dim.gov.az/activities/exams/cambridge-in-ngilis-dili-zr-kvalifikasiyalar/ və ya international@dim.gov.az elektron poçt ünvanına müraciət edərək əldə etmək mümkündür.