Dövlət İmtahan Mərkəzində 3 oktyabr 2020-ci il tarixində növbəti SAT və TOEFL iBT imtahanları keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
SAT imtahanında 46 nəfər iştirak edib (1 nəfər SAT esse, 10 nəfər isə SAT Subject imtahanı verib).
Növbəti SAT (SAT Subject) imtahanının noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.
SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/
TOEFL iBT imtahanında isə 12 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının oktyabrın 10-da keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/