DİM-in inzibati binasında keçirilən treninqdə Dövlət İmtahan Mərkəzinin ekspert qrupu və bu imtahana hazırlığın tədrisində maraqlı olan 20-yə yaxın müəllim cəlb olunub.
Pearson təşkilatının nümayəndəsi tərəfindən aparılan treninq 2 saat davam etmişdir. Treninqdə imtahanın test formatı, Pearson avtomatlaşdırılmış qiymətləndirmə sistemi və imtahanın tanınması haqqında məlumat verilmişdir. Həmçinin, iştirakçıların imtahan gününə effektiv hazırlaması üçün təlim metodları və təlim fəaliyyəti təqdim edilib. Treninq bütün “PTE Academic” test bölmələrinə - oxu, yazı, dinləmə və ünsiyyət bacarıqlar mövzusuna yönəlib. Treninqdə “PTE Academic” imtahanının dörd hissəsindən nümunələr istifadə olunub. Treninqdə eyni zamanda iştirakçılara “PTE Academic” ingilis dili imtahanında ölçülən hər bir bacarıq (yazı, danışıq, oxu və dinləmə) üçün tərtib olunmuş xüsusi tapşırıqlar verilir.
İnteraktiv keçən treninqdə müzakirələr zamanı “PTE Academic” imtahanının formatında digər dillərdə, xüsusilə Azərbaycan dilində beynəlxaq səviyyəli imtahanın təşkilinin mümkünlüyü də qeyd edilib.