Təqdimatda DİM-in əməkdaşları, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, BDU-nun Qazax filialı, Bakı Xoreoqrafiya Akademiyası və Tovuz Dövlət Sosial İqtisadi Kolleci tərəfindən təyin edilən məsul şəxslər iştirak ediblər.
QABİS müəllim-ekspertlər haqqında məlumatları özündə birləşdirən vahid informasiya sistemidir. QABİS informasiya sisteminin hazırlanmasında məqsəd peşəkar müəllimlərin xüsusi qabiliyyət imtahanlarına cəlb edilməsi və təhsil müəssisələri ilə daha sıx əməkdaşlığı təmin etməkdir.