• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzində rəqəmsal inkişaf istiqamətində görülən işlər müzakirə olunub

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      19.11.2026 09:19

      18 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

      Görüşdə Dövlət İmtahan Mərkəzinin müvafiq normativ hüquqi aktlarda, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” və DİM-in 2026 – 2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası, mövcud rəqəmsal həllərin təkmilləşdirilməsi və yeni texnoloji imkanların tətbiqi məsələləri müzakirə olunub.

      Görüşdə DİM-in informasiya sistemləri və elektron xidmətlərinin dövlətin vahid rəqəmsal arxitekturasına inteqrasiyası, “mygov ID” və “Digital Bridge” platformalarına qoşulma, elektron xidmətlərin “Mygov” və “Mygov Biznes” platformaları vasitəsilə təqdim edilməsi, eləcə də dövlət informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

      Dövlət qulluğu sahəsində rəqəmsal həllərin inkişafı da müzakirə olunan əsas məsələlərdən olub. Bu çərçivədə dövlət qulluqçularının şəxsi işlərinin elektron qaydada aparılması, onların xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, dövlət qulluqçularının reyestri ilə bağlı proseslərin təkmilləşdirilməsi və müvafiq məlumat sistemləri arasında inteqrasiyanın təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

      Görüşdə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, doktoranturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin təqdim edilməsi üzrə elektron xidmətlərin “Mygov” platformasına inteqrasiya məsələləri də müzakirə olunub.

      Həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi çərçivəsində ödəniş proseslərinin avtomatlaşdırılması və əl ilə həyata keçirilən əməliyyatların aradan qaldırılması istiqamətində məsələlər danışılıb.

      Daha sonra rəqəmsal inkişafın mühüm istiqamətlərindən biri kimi süni intellekt texnologiyalarının DİM-in fəaliyyətində tətbiqi imkanları müzakirə edilib. Bu istiqamətdə imtahan məzmununun keyfiyyət təminatında, yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsində, vətəndaşlara informasiya dəstəyinin göstərilməsində və müraciətlərin cavablandırılmasında süni intellekt əsaslı həllərin tətbiqi nəzərdə tutulur.

      Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, kibertəhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi, sistemlərin dayanıqlılığının təmin edilməsi, eləcə də rəqəmsal layihələrin səmərəli idarə olunması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

      Görüşün sonunda rəqəmsal inkişaf üzrə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi və müasir texnologiyaların DİM-in fəaliyyətinə tətbiqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.


      Foto
      • 1
      • 2
      • 3
      • 1
      • 2
      • 3

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram