Seminarlarda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan Nizami, Pirallahı, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiricilərinə, həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Şagird-məzun” sistemi üzrə məsul şəxsinə buraxılış imtahanları, “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər, yeniliklər və onlardan istifadə qaydaları, DİM-in 2019/2020-ci tədris ili üçün təsdiq edilmiş yekun qiymətləndirmə üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr üzrə ətraflı izahat verilib.
Görüşlərdə seminar iştirakçılarının sualları cavablandırılıb və görüləcək işlərin DİM-in təqvim planına uyğun olmasının, düzgünlüyünün və tamlığının vacibliyi qeyd edilib.