2021-ci il mayın 8-də DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT (SAT və SAT Subject) imtahanları təşkil olunub.
COVID-19 la əlaqədar görülən ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanlarda ümumilikdə 90 nəfər iştirak edib (87 nəfər SAT, 3 nəfər isə SAT Subject olmaqla). İştirakçıların 5-i əcnəbi olub.
Növbəti SAT imtahanlarının 2021-ci il iyunun 5-də keçirilməsi nəzərdə tutulur.
SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/