Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş dərsdə Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi”, Avropa Azərbaycan Məktəbinin Sosial fənlər kafedrasının müdiri Hafiz Cabbarov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti” mövzularında məruzələr ediblər.
Məruzələr ətrafında Bakı şəhəri 276 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Elxan Quliyev, AMEA-nın böyük elmi işçisi Faiq Babayev, Bakı şəhəri 6 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Elmin İmanov, Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin müəllimi Cahid İmanov çıxış edərək fikirlərini bildirdilər.