2022-ci il sentyabrın 9-da DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov onlayn formada müxtəlif rayon və şəhərlərdə məskunlaşan vətəndaşları qəbul edib.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həll edilib, digər müraciətlərin araşdırılması üçün qeydiyyatı aparılıb.