2022-ci il dekabrın 5-də DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov onlayn formada vətəndaş qəbulu həyata keçirib.
Görüşdə dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və müsahibələrin keçirilməsi ilə əlaqədar 1 vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşa dövlət qulluğuna qəbul qaydaları, vakant dövlət qulluğu vəzifələri, müsahibələrin elan edilməsi və digər məsələlər haqqında müvafiq izahat verilib.