• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin “Abituriyent” jurnalının 1-ci nömrəsində yer alan “Ön söz”ünü təqdim edirik

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalı həftənin 1-ci günü satış köşklərində əldə etmək mümkün olacaq.

      25.02.2022 03:53

      Əziz abituriyentlər!

      Vaxtilə Mark Tven demişdir: “Uğur qazanmağın sirri, fəaliyyətə başlamaqdır”. Ona görə də bu gün siz – cavan, enerjili, ambisiyalı, gələcəyə böyük planları olan gənclər öz fəaliyyət istiqamətlərinizi dəqiq müəyyən etməlisiniz. Bu istiqamətdə atdığınız ilk addım təqdirəlayiqdir, indi isə arzuladığınız nəticəni qazanmaqdan ötrü ciddi səylə çalışmalısınız. Buna nail olmaq üçün plan qurmağın tam vaxtıdır. Dəqiq tərtib edilmiş planla hərəkət edərək nə qədər çox səy göstərsəniz, nəticədən də bir o qədər məmnun qalacaqsınız.

      Müasir dövrün abituriyentlərinin zəngin bilik qazanması üçün külli miqdarda kitab və elektron kitabxanalar var. Bu sahədə internetin geniş imkanlarından istifadə etmək çox mühümdür. Bununla belə, savadlı və təcrübəli müəllimlərlə daha yaxın ünsiyyətdə olun, onlar sizə elmi nailiyyətlərdən, praktik fəaliyyətlərindən də çox şey öyrədə bilər. Ona görə də təhsil illərində vaxtınızı düzgün dəyərləndirməyə, intensiv surətdə öyrənməyə, mütaliə etməyə çalışın.

      Stiven Kovi deyirdi: “Siz çalışmayanda, arzular da çalışmır”. Hər bir arzu xeyli zəhmət və səbr tələb edir. Deməli, biliklərlə silahlanmaq, tədris fənlərini öyrənmək, əlavə ədəbiyyatlar oxumaq, maarifləndirici proqramları izləmək lazımdır. Bu yalnız ali təhsil müəssisəsinə qəbul olmaq üçün deyil, həm də sizin gələcək uğurlu fəaliyyətinizi təmin etmək, həyat tərzinizi yaxşılaşdırmaq baxımından önəmlidir. Çünki təhsil öz qarşısında düşünülmüş məqsədlər qoyan, cəmiyyətin və ölkəsinin daha da inkişaf etməsi, rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etməyi bacaran yüksək səviyyəli peşəkar kimi formalaşmağa imkan yaradır. Bu, həyatınızda uğur qazanmağın əsas açarıdır.

      Seçdiyiniz sənətin peşəkarı olmaq üçün zəruri bilikləri qazana biləcəyiniz yer ali təhsil müəssisəsidir, oraya qəbul olmaq isə bilavasitə qəbul imtahanına hazırlıqla bağlıdır. Qəbul imtahanı fənlərinin proqramları, test tapşırığı nümunələri və 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbulla bağlı digər materiallar “Abituriyent” jurnalının bu nömrəsində dərc edilib. Bu il ən vacib dəyişiklik III qrup ixtisaslarının iki altqrupa ayrılmasıdır: DT və TC. Bunun başlıca səbəbi III qrupun bəzi ixtisaslarında “Coğrafiya” fənni üzrə müəyyən biliklərin tələb edilməsidir. Bunu zəruri edən səbəb var. Bildiyiniz kimi, əvvəlki illərdə II ixtisas qrupuna daxil olan “Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları cari ildən etibarən III qrupa keçirilib. Buna görə də III ixtisas qrupu üzrə imtahan fənlərinin siyahısına “Coğrafiya” fənni də əlavə edilib. Məhz bu prinsipə uyğun olaraq 2023-cü ildə I ixtisas qrupunda “İnformatika” fənninin də imtahan fənləri siyahısına daxil edilməsi planlaşdırılıb.

      Bu cür yeniliklərdən qorxmayın, onların mahiyyətini anlamağa çalışın. Bu işdə biz sizə kömək edə bilərik. Sizin bütün suallarınızı cavablandırmağa və təqdim edilmiş istənilən materialı izah etməyə hazırıq. Bu dəyişikliklər sizin imkanlarınızı genişləndirmək üçün tətbiq olunur. Dövlət İmtahan Mərkəzinin kollektivi qəbul kampaniyasının bütün mərhələlərində imtahana hazırlıqla bağlı sizə lazımi dəstəyi göstərəcək. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­dik vəsaitlərin nəşri, “Vizuallaşdırılmış dərs” sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet-xid­mətlərin göstərilməsi cari ildə imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət edir.

      Əziz oxucular, bu nömrədə təqdim edilən materiallar imtahana səmərəli hazırlaşmağınıza kömək edəcək. Siz həmin materiallarla işləməyə vərdiş etməlisiniz. Bu, asan olmasa da, müstəqil işləmək vərdişlərinə yiyələnməyiniz üçün vacibdir. Yaddaşınızı, diqqətinizi, təxəyyülünüzü, zəkanızı inkişaf etdirin. Kitablarla, dərsliklərlə, vəsaitlərlə işlədikdə əsas, əhəmiyyətli olanı ayıra bilməyi, anlayışları müqayisə etməyi öyrənin. Biliklərə yiyələnməkdə bunun böyük rolu vardır. Müstəqil surətdə öyrənin, lakin bununla belə müəllimlərinizlə məsləhətləşməyi də unutmayın.

      Sizə DİM-in “Abituriyent” jurnalı, veb saytımız və sosial media hesablarımızda (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) təqdim etdiyimiz materiallarla tanış olmağı tövsiyə edirik.

      Əziz gənclər, bu gün tərəqqi və modernləşmə yolu ilə inamla irəliləyən Azərbaycanımıza yüksək peşəkarlıq keyfiyyətlərinə malik, hadisə və prosesləri yaradıcı təfəkkürlə dərk edən, biliklərini qeyri-standart vəziyyətlərdə tətbiq etməyi bacaran, dinamik idarəetmə və müasir texnolo­giyalardan istifadəetmə vərdişlərinə yiyələnən, eyni zamanda milli-mənəvi dəyərlərimizin, azərbaycan­çılıq məfkurəsinin daşıyıcıları olan vətənpərvər mütəxəssislər lazımdır. Dövlətimizin təhsil sisteminin qarşısında qoyduğu bu mühüm vəzifənin reallaşdırılması sizin də həyat və fəaliyyətinizin amalı olmalıdır. Bu yolda hamınıza uğur arzu edirik!

      Xatırladaq ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram