• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Konfransda 2022-ci ildə keçiriləcək imtahanların qrafiki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və digər tədbirlər haqqında məlumat verilib

      25.02.2022 03:22

      25 fevral 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə il ərzində keçiriləcək imtahanların qrafiki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması, “Abituriyent” jurnalının 1 saylı buraxılışının nəşri, eləcə də DİM tərəfindən həyata keçirilən layihələrlə əlaqədar mətbuat konfransı keçirib.

      Sədr qeyd edib ki, 2022-ci il ərzində keçiriləcək imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla da razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək.

      Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.

      M.Abbaszadə daha öncə ictimaiyyətə elan edilən və III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişikliklərin Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi barədə də məlumat verib. Sədr bildirib ki, “TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər”.

      “Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq. Bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər”.

      Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur.

      Dövlət İmtahan Mərkəzinin “YAŞAT” Fondu ilə birgə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə keçirilən silsilə tədbirləri barədə danışan M.Abbaszadə qeyd edib ki, “indiyə qədər bu görüşlər Bakı, Bərdə, Naxçıvan, Gəncə, Tovuz, Şirvan, Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində təşkil edilib. Bu tədbirlərə ətraf rayonlarda məskunlaşanlar da cəlb olunur və ümumilikdə 500-dən çox şagird qatılıb. Tədbir iştirakçılarına DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (2 mindən çox) və otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar (27 min manat dəyərində) hədiyyə edilib. Görüşlər yenə də davam etdiriləcək. Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytının imkanları barədə də məlumat verilir. Yeri gəlmişkən mən bütün abituriyentlərə, müəllim və valideynlərə e-psixoloq.az saytından istifadə eləməyi məsləhət görürəm. Saytda psixoloji maarifləndirmə məqsədilə psixoloji testlər, maarifləndirici materiallar, o cümlədən məqalələr və video çarxlar, peşələrin təsviri, hər bir peşə üçün zəruri psixoloji xüsusiyyətlər, onlayn söhbət pəncərəsi xidmətlər təklif olunur.

      Sayt çərçivəsində abituriyentlər, şagird və tələbələr, valideynlər və peşə həyatına başlamış şəxslər üçün fərdi inkişaf, imtahan öncəsi dəstək, məktəbdaxili münasibətlər, peşə seçimi, ailədaxili münasibətlər, peşəkar inkişaf və s. mövzularda material və məsləhətlər təqdim edilir.

      Mərkəz tərəfindən, həmçinin açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə bu ildən etibarən “Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb. İlk “Açıq qapı” günü elə Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə keçirilmişdi. Daha sonra bakalavr və magistr səviyyələri üzrə keçirilmiş sınaq imtahanlarında yüksək bal toplayan bir qrup iştirakçılarla görüşlər olub və martın 2-də və 4-də növbəti görüşlərin keçirilməsi nəzərdə tutulub. Hazırda Təhsil Nazirliyi ilə də birgə məsləhətləşmələr aparılır və müəyyən məktəblərin şagirdləri ilə də görüşlər keçiriləcək”.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram