Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, tətbiq olunacaq yeniliklər, magistratura pilləsində təhsil, həmçinin dövlət qulluğuna qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Salyan rayonunda vətəndaşları qəbul etmişdir
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 25-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Salyan rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Şirvan, Neftçala, Salyan, Sabirabad, Saatlı, Hacıqabul rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.
25.01.2018 02:09