Əsas vəzifələr
- Magistratura və doktorantura səviyyələri üzrə yazı və danışıq işlərinin yoxlanılması;
- Qiymətləndirmə və imtahan materiallarının hazırlanması;
- Materialların ekspertizası və təkmilləşdirilməsində iştirak.
Tələblər
Müvafiq xarici dil üzrə (ingilis, alman, fransız) pedaqoji yönümlü ali təhsil.
Beynəlxalq dil sertifikatı
- IELTS 7.5 və ya daha yuxarı nəticə;
- TOEFL iBT 5.0 və ya daha yuxarı nəticə;
- DELF/DALF 50 və ya daha yuxarı nəticə;
- TestDaF TDN4 16 və ya daha yuxarı nəticə və ya Dövlət İmtahan Mərkəzinin doktorantura üzrə xarici dil imtahanında 45 və ya daha yuxarı nəticə.
Akademik yazı, qiymətləndirmə və imtahan materiallarının hazırlanması ilə bağlı təlim və kurslarda iştiraka dair sertifikatın olması üstünlükdür.
Uyğun namizədlərdən CV-lərini və müvafiq sertifikatlarını doktorantura@dim.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.